Liqa 1: "Lill" və "Monako" səfərdə sevindi

Liqa 1: "Lill" və "Monako" səfərdə sevindi

Fransa çempionatında 5-ci tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, son gündə yeddi qarşılaşma baş tutub.

“Brest” - “Strasburq”, “Reyms” - “Lans” və “Trua” - “Renn” matçları qollu bərabərliklə başa çatıb. “Klermon” isə “Tuluza”nı məğlub yola salıb. “Lill” səfərdə “Monpelye”ni, “Loryan” “Ayaçço”nu, “Monako” isə “Nitsa”nı yenib.

6 turdan sonra PSJ və "Olimpik Marsel" 16 xalla şərikli liderdirlər. 3-cü pillədəki “Lans”ın 14 xalı var. “Olimpik Lion” 13 xalla 4-cüdür. “Lill” və “Loryan”ın hesabında 10 xal var. 

Liqa 1

VI tur

4 sentyabr

Monpelye – Lill 1:3 Qollar: Vahi, 20 – David, 41; 90+4. Qomes, 57.

Ayaçço – Loryan 0:1 Qol: Outtara, 51.

Brest – Strasburq 1:1 Qollar: Melu, 6 – Ayorke, 28.

Klermon – Tuluza 2:0 Qollar: Qonalon, 46. Çam, 90+5.

Reyms – Lans 1:1 Qollar: Baloqun, 71 – Openda, 82.

Trua – Renn 1:1 Qollar: Uqbo, 14 – Santamariya, 48.

Nitsa – Monako 0:1 Qol: Embolo, 69.

3 sentyabr

Oser - Olimpik Marsel 0:2 Qollar: Jerson, 8, Sançes, 84.

Olimpik Lion - Anje 5:0  Qollar: Toko-Ekambi, 31;59, Lyakazett, 38, Lyukeba, 62, Dembele, 88. 

Nant - PSJ 0:3 Qollar: Mbappe, 18; 54, Mendeş, 68. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər