Liqa 1 klubunun braziliyalısına 3 nəhəng elçi düşdü

Liqa 1 klubunun braziliyalısına 3 nəhəng elçi düşdü

"Monako"nun 22 yaşlı müdafiəçisi Vanderson Avropanın üç aparıcı klubunun "radar"ına düşüb. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.fr" yayıb.

Mənbənin məlumatına görə, braziliyalı göstərdiyi oyunla "Real Madrid", "Barselona" və "Mançester Yunayted"in diqqətini cəlb etməyi bacarıb. 

Fevralın əvvəlində Vandersonla müqaviləni yeniləyən, 2208-ci ilə qədər yeni sözləşmə imzalayan "Monako" bundan sonra nə edəcəyinə qərar verməlidir: braziliyalını komandada saxlamaq, ya da onu satıb maliyyə durumunu yaxşılaşdırmaq. Fransa klubu hələ 2022-ci ilin yanvarından klubda çıxış edən, "Qremio"dan 11 milyon avroya aldığı futbolçu ilə bağlı nə edəcəyinə qərar verməyib.

Qeyd edək ki, "Transfermarkt" müdafiəçinin hazırki dəyərini 20 milyon avro qiymətləndirib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər