Liqa 1 klubunda yeni baş məşqçi

Liqa 1 klubunda yeni baş məşqçi

“Monako”nun yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Liqa 1 təmsilçisi Avstriyadan olan 53 yaşlı Adi Hütterə həvalə olunub.

Tərəflər 2 illik müqaviləyə imza atıblar. O, baş məşqçi postunda Filipp Klemanı əvəz edib. Belçikalı mütəxəssis bu yay istefaya göndərilmişdi.

Hütter 2022-ci ilin yayından - Mönhenqladbah “Borussiya”sından ayrılandan bəri işsiz idi. O, daha əvvəl Almaniyanın “Ayntraxt” (Frankfurt), İsveçrənin “Yanq Boyz”, Avstriyanın “Zalsburq”, “Altax” və “Qrödiq” komandalarını da çalışdırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər