Liqa 1 klubunda erməni baş məşqçi

Liqa 1 klubunda erməni baş məşqçi

“Monpelye”yə yeni baş məşqçi təyin olunub.

Fanat.Az xəbər verir ki, Romen Pito ilə yollarını ayıran Liqa 1 təmsilçisi onu Mişel Ter-Zakaryanla əvəzləyib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rəsmi açıqlamada müqavilənin müddəti barədə məlumat verilməsə də, Fransa mətbuatı tərəflərin mövsümün sonuna kimi anlaşdığını yazıb.

Ter-Zakaryan 2017-2012-ci illərdə də bu komandada baş məşqçi kimi çalışıb. Komanda vaxtilə onun rəhbərliyi altında 161 oyun keçirib, 62 qələbə qazanıb, 54 heç-heçə edib, 45 məğlubiyyətə üzülüb. 59 yaşlı məşqçi karyerası ərzində “Nant”, “Klermon”, “Reyms” və “Brest”ə də rəhbərlik edib.

“Monpelye” bu mövsüm 22 oyuna topladığı 20 xalla 20 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər