Liqa 1 klubu milli üzvü ilə gücləndi

Liqa 1 klubu milli üzvü ilə gücləndi

Fransanın “Monpelye” klubu yeni mövsüm üçün heyətini gücləndirməyə başlayıb.

Fanat.Az xəbər verir ki, Liqa 1 təmsilçisi İsveçrə millisinin və “Sürix”in müdafiəçisi Beçir Omeraqiçi transfer edib.

21 yaşlı futbolçu ilə azad agent kimi müqavilə imzalanıb. O, yeni komandasına iyulun 1-dən qoşulacaq.

Omeraqiç 2018-ci ildən oynadığı “Sürix”də 109 matça çıxıb. O, İsveçrə yığmasında da 4 oyun keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər