"Lill"in ulduzu "Fiorentina"da - RƏSMİ

"Lill"in ulduzu "Fiorentina"da - RƏSMİ

İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Fanat.Az xəbər verir ki, A Seriyası təmsilçisi Fransanın “Lill” klubunun yarımmüdafiəçisi Jonatan İkoneni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Fiorentina” 23 yaşlı hücumameylli yarımmüdafiəçi üçün Fransa klubuna 14 milyon avro ödəyib.    Jonathan İkone 2018-ci ildən “Lill”də çıxış edirdi. Konqo əsilli futbolçu Fransa yığmasında 4 matça çıxıb, 1 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər