"Lill"in müdafiəçisi rəsmən Madrid klubunda

"Lill"in müdafiəçisi rəsmən Madrid klubunda

"Atletiko Madrid" Fransanın "Lill" klubunun cinah müdafiəçisi Reynildu Mandavanı heyətinə qatıb.

Fanat.Az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Mandava müddəti 2025-ci ilin 30 iyun tarixinə qədər olan müqaviləyə imza atıb.

28 yaşlı futbolçunun transferi İspaniya klubuna 3 milyon avroya başa gəlib.

Ötən mövsüm Fransa çempionu olan afrikalı cari "futbol ili"ndə bütün turnirlər daxil olmaqla, "doqlar"ın formasıyla çıxdığı 27 görüşdə 1 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər