"Lill" "Vest Hem"in təklifini geri çevirdi

"Lill" "Vest Hem"in təklifini geri çevirdi

Fransanın "Lill" klubu belçikalı yarımmüdafiəçisi Amadu Onanaya görə "Vest Hem"dən aldığı təklifi geri çevirib.

Fanat.Az xəbr verir ki, informasiyanı "Sky Sports" yayıb.

Mənbə "çəkicdöyənlər"in 20 yaşlı futbolçunun transferi üçün qarşı tərəfə 19,8 milyon avro təklif etdiyini və rədd cavabı aldığını vurğulayıb.

Qeyd edək ki, Onana "Lill"ə ötən ilin avqustunda, 7 milyon avro qarşılığında "Hamburq"dan transfer olunub. Artıq Belçika millisində də 1 oyun keçirməyə imkan tapan Amadu Fransa komandasında ümumilikdə 41 matça çıxaraq 1 qol vurub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər