“Lill” doğma meydanda xal itirdi

“Lill” doğma meydanda xal itirdi

Fransa Liqa 1-də 12-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 5 görüş baş tutub.

“Lill” - “Tuluza” matçında qalib müəyyənləşməyib. “Klermon” “Loryan”ı, “Mets” “Nant”ı məğlub yola salıb. Lion “Olimpik”i bu dəfə səfərdə “Renn”i məğlub etməklə ilk qələbəsini rəsmiləşdirib. Marsel “Olimpik”i isə səfərdə “Lans”a uduzub.

12-ci turun “Brest” - “Strasburq” oyunu dekabrın 7-də keçiriləcək.

Hazırda 27 xala malik PSJ vahid liderdir. “Nitsa” 26 xalla ikinci, “Monako” 24 xalla üçüncüdür. “Lill” və “Reyms”in 20 xalı var.

Fransa Liqa 1 12-ci tur 10 noyabr

Monpelye – Nitsa 0:0

11 noyabr

Reyms – PSJ 0:3 Qollar: Mbappe, 3; 59; 82.

Havr – Monako 0:0

12 noyabr

Klermon – Loryan 1:0 Qol: Nikolson, 69-pen.

Lill – Tuluza 1:1 Qollar: Yoro, 30 – Dallinqa, 65.

Mets – Nant 3:1 Qollar: Van Den Kerkhof, 3. Elisor, 28. Asoro, 85 – Simon, 12.

Renn – Olimpik (Lion) 0:1 Qol: Obrayn, 67.

Lans – Olimpik (Marsel) 1:0 Qol: Qradit, 90.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər