AVRO-2016-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib. Fanat.az хəbər verir ki, millimizin Norveçin qonağı olduğu (0:0) gecədə qrupumuzda daha iki oyun baş tutub.
Lider Xorvatiya İtaliyanı qəbul edib. 7-ci dəqiqədə penaltidən yararlana bilməyən Mario Mandzukiç 4 dəqiqə sonra hesabı açıb. 36-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Antonio Kandreva bərabərliyi təmin edib və oyun 1:1 hesabı ilə başa çatıb. 90-cı dəqiqədə qırmızı vərəqə alan Xorvatiyanın kapitanı Dario Srna komandasını azlıqda qoyub.
Bolqarıstan isə Maltanın qonağı olub. Oyunun taleyini bir qol həll edib. 45+2-ci dəqiqədə İlian Miçanski penaltidən yararlana bilməyib. 56-cı dəqiqədə fərqlənən İvelin Popov Bolqarıstana qələbə qazandırıb - 1:0.
AVRO-2016
Seçmə mərhələ
H qrupu
12 iyun
Xorvatiya - İtaliya 1:1
Qollar: Mario Mandzukiç, 11 - Antonio Kandreva, 36-pen.
Xorvatiya: Daniel Subaşiç, Dario Srna, Qordon Şildenfeld, Domaqoy Vida, Daniel Pranyiç (Sime Vrsalko, 72), İvan Perişiç, İvan Rakitiç, Marselo Brojoviç, Mateo Kovaciç (Marko Leskoviç, 90+2), Mario Mandzukiç, İvika Oliç (Ante Rebik, 46).
Ehtiyat oyunçular: İvan Varqiç, Lovre Kaliniç, Marin Leovaç, Mato Jajalo, Anas Şarbini, Milan Badely, Marko Pyaka, Andrey Kramariç, Nikola Kaliniç.
Baş məşqçi: Niko Kovaç.
İtaliya: Canluici Buffon (Salvator Siriqu, 46), Matteo Darmian, David Astori, Lorenzo De Silvestri (Mattia De Skiqlio, 27), Leonardo Bonuççi, Antonio Kandreva, Klaudio Marçisio, Marko Parolo, Andrea Pirlo, Stefan El Şaaravi (Andrea Ranoççia, 80), Qraziano Pelle.
Ehtiyat oyunçular: Daniel Padelli, Emiliano Moretti, Manuel Paskual, Andrea Bertolaççi, Franko Vazquez, Roberto Soriano, Ciro İmmobile, Nikola Sansone, Manolo Qabbiadini.
Sarı vərəqələr: Canluici Buffon, 11. İvika Oliç, 43. Dario Srna, 54. Ante Rebik, 82. Mateo Kovaciç, 87. - Mario Mandzukiç, 35. Marko Parolo, 53. Klaudio Marçisio, 71.
Qırmızı vərəqə: Dario Srna, 90 (Xorvatiya).
Baş məşqçi: Antonio Konte.
Hakimlər: Martin Atkinson, Mixael Mullarkey, Stepan Kild, Simon Bek (İngiltərə).
Əlavə köməkçi hakimlər: Antoni Taylor, Kevin Friend (İngiltərə).
Split. Polyud stadionu.
Malta - Bolqarıstan 0:1
Qol: İvelin Popov, 56.
Malta: Justin Haber, Aleksandr Muskat (Edvard Herrera, 63), Andrey Aqius, Rayan Kamilleri, Paul Fenex, Klayton Failla, Roderik Briffa (Andre Şkembri, 76), Zax Muskat, Mixael Mifsud (Andrey Kohen, 84), Roven Muskat, Alfred Effionq.
Ehtiyat oyunçular: Anri Bonello, Qlen Zammit, Yosep Zerafa, Klifford Baldaççino, Klive Brinkat, Byorn Kristensen, Rayan Skikluna, Firas Aboulezz, Stepan Pisani.
Baş məşqçi: Pietro Qedin.
Bolqarıstan: Bojidar Mitrev, İvan Bandalovski, Nikolay Bodurov, Yordan Minev, Stanislav Manolev, Aleksandr Aleksandrov, İvelin Popov (İvaylo Çoçev, 81), Vladimir Qadjev, Svetoslav Dyakov, Mixail Aleksandrov (Kristian Malinov, 75), İlian Miçanski (Radoslav Vasilev, 90).
Ehtiyat oyunçular: Blaqoy Makendjiev, Plamen İvanov İliyev, Petar Zanev, Georgi Terziyev, Borislav Xristov, Georgi Milanov, Aleksandar Tonev, Xristo Zlatinski, Andrey Qalabinov.
Baş məşqçi: İvaylo Petev.
Sarı vərəqələ: Andrey Aqius, 11. Zax Muskat, 45+1. Rayan Kamilleri, 45+1. Paul Fenex, 59. - Aleksandr Aleksandrov, 58. Svetoslav Dyakov, 62.
Hakimlər: Aleksandar Stavrev, Marian Kirovski, Deyan Kostadinov, Qoçe Petreski (Makedoniya).
Əlavə köməkçi hakimlər: Dimitar Meçkarovski, Deyan Yakimovksi (Makedoniya).
Ta`Qali. Milli stadion.
| 1. | Xorvatiya | 6 | 4 | 2 | 0 | 16:3 | 14 |
| 2. | İtaliya | 6 | 3 | 3 | 0 | 9:5 | 12 |
| 3. | Norveç | 6 | 3 | 1 | 2 | 7:8 | 10 |
| 4. | Bolqarıstan | 6 | 2 | 2 | 2 | 7:7 | 8 |
| 5. | Azərbaycan | 6 | 1 | 1 | 4 | 4:11 | 4 |
| 6. | Malta | 6 | 0 | 1 | 5 | 1:10 | 1 |
Fanat.az