Liderin izləyicilərindən heç-heçə

Liderin izləyicilərindən heç-heçə

Fransa Liqa 1-də 20-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 6 görüş baş tutub.

“Brest” - “Nitsa” və “Monako” - “Havr” görüşlərində qalib müəyyənləşməyib. “Mets” evdə “Loryan”a, “Reyms” “Tuluza”ya uduzub. “Lill” doğma meydanda “Klermon”a 4 cavabsız qolla qalib gəlibsə, Lion “Olimpik”i Marsel “Olimpik”ini tək qolla yenib.

Hazırda 47 xala malik PSJ vahid liderdir. “Nitsa” 39 xalla ikinci, “Brest” 36 xalla üçüncü pillədə qərarlaşıb. “Lill” və “Monako” 35, “Lans” 32, “Reyms” 30, Marsel “Olimpik”i 29 xal toplayıb.

Fransa Liqa 1 20-ci tur 2 fevral

Strasburq – PSJ 1:2 Qollar: Bakva, 68 - Mbappe, 31. Asensio, 49.

3 fevral

Renn – Monpelye 2:1 Qollar: Terrye, 3. Kalimuendo, 48-pen – Savanye, 73.

Nant – Lans 0:1 Qol: D.Kosta, 48.

4 fevral

Monako – Havr 1:1 Qollar: Ben Yedder, 63 – Fofana, 65-öz qapısına.

Lill – Klermon 4:0 Qollar: David, 10; 38. Andre, 24. Jeqrova, 40.

Mets – Loryan 1:2 Qollar: Lamkel Ze, 22 – Bamba, 19. Katseris, 58.

Reyms – Tuluza 2:3 Qollar: Teuma, 49 – Elebi, 11. Babiçka, 31. Dallinqa, 45+2-pen.

Brest – Nitsa 0:0

Olimpik (Lion) – Olimpik (Marsel) 1:0 Qol: Lakasette, 37.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər