“Leyptsiq”dən darmadağın

“Leyptsiq”dən darmadağın

Almaniya Bundesliqasında 3-cü tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, sonuncu gündə daha iki qarşılaşma baş tutub.

“Ayntraxt” - “Köln” matçında qalib müəyyənləşməyib. “Union Berlin” isə evdə “Leyptsiq”ə böyük hesabla uduzub.

Hazırda “Bayer” və “Bayern” 9 xalla zirvəyə şərikdirlər. “Ştutqart”, “Leypsiq”, “Union Berlin”, “Hoffenhaym”, “Volfsburq” və “Frayburq” 6 xal toplayıblar.

Almaniya Bundesliqası 3-cü tur 1 sentyabr

Borussiya (Dortmund) – Haydenhaym 2:2 Qollar: Brandt, 7. E.Can, 15-pen – E.Dinkçi, 61. Klayndinst, 82-pen.

2 sentyabr

Auqsburq – Bohum 2:2 Qollar: Belyo, 35. Demiroviç, 62 – Asano, 45+3; 64.

Bayer – Darmştadt 5:1 Qollar: Bonifase, 21. Palasio, 49. Bonifase, 61. Hofmann, 67. Hlojek, 83 – Vilhelmsson, 25.

Hoffenhaym – Volfsburq 3:1 Qollar: Bruks, 45+2. Beyer, 60. Skov, 74 – Tomas, 36.

Ştutqart – Frayburq 5:0 Qollar: Fuhrix, 8; 62. Jirassi, 17; 19. Millot, 75.

Verder – Maynts 4:0 Qollar: Duks, 3. Staqe, 53. Bittenkur, 82. Njinma, 83.

Borussiya (Mönhenqladbax) – Bayern 1:2 Qollar: İtakura, 30 – Sane, 58. Tel, 87.

3 sentyabr

Ayntraxt – Köln 1:1 Qollar: Nkunku, 87 – Kaynts, 43-pen.

Union Berlin – Leyptsiq 0:3 Qollar: Simons, 51. Şeşko, 85; 87.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər