Levandovskiyə görə aşpazı işdən qovdular

Levandovskiyə görə aşpazı işdən qovdular

"Barselona"nın aşpazı Robert Levandovskinin oyunçulara verilən yeməyin keyfiyyəti ilə bağlı şikayətindən sonra işdən çıxarılıb.

Fanat.Az-ın "Football Espana"ya istinadən məlumatına görə, polşalı hücumçu komandanın baş məşqçisi Hans-Diter Flikə pis hazırlanan yumurtaların ona narahatlıq yaratdığını bildirib.

Alman məşqçi klub rəhbərliyinə aşpazın yüksək tələblərə cavab vermədiyini bildirib və onun başqası ilə əvəzlənməsini istəyib. Futbolçuların qidalanmasına ciddi şəkildə diqqət ayıran almaniyalı mütəxəssis "Barselona"ya özü ilə fərdi pəhriz proqramları hazırlayan nutriloq da gətirib.

Qeyd edək ki, 36 yaşlı futbolçu bu mövsüm Kataloniya komandasında meydana çıxdığı 24 oyunda 23 qola və 2 məhsuldar ötürməyə imza atıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər