"Barselona"nın polşalı hücumçusu Robert Levandovski İspaniya La Liqasının 10-cu turu çərçivəsində keçirilən matçda - "Vilyarreal"la oyunda (3:0) dublla yadda qalıb.
Fanat.Az xəbər verir ki, bununla da 34 yaşlı forvard karyerası ərzində vurduğu qolların sayını 600-ə çatdırıb.
XXI əsrdə yalnız iki futbolçu - Kriştianu Ronaldu və Lionel Messi 600 və daha artıq qol vura bilib.
Qeyd edək ki, bu yay "Bayern Münhen"i Kataloniya təmsilçisinə dəyişən Levandovski İspaniya çempionatında 10 oyunda 11, Çempionlar Liqasında isə 4 matçda 5 dəfə rəqib qapısına yol tapıb.
Nihat