Levandovski "Qızıl top"dan danışdı - FOTO

Levandovski "Qızıl top"dan danışdı - FOTO

Polşa yığmasının və "Bayern Münhen" klubunun hücumçusu Robert Levandovski "Qızıl top" mükafatı ilə bağlı danışıb.

Fanat.Az xəbər verir ki, ulduz futbolçu bu barədə şəxsi "Twitter" səhifəsində yazıb:

“Qızıl topu qazanan Lionel Messi və Aleksia Putellası təbrik edirik! Namizəd olan bütün futbolçuları təbrik edirəm! İlin hücumçusu mükafatını qazandım. Ən güclü komanda və arxasında sadiq azarkeşlər olmadan heç bir futbolçu fərdi olaraq nüfuzlu mükafat qazana bilməz. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm!"

 

Xatırladaq ki, 2021-ci ildə “Qızıl top”un qalibi Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi olub. 34 yaşlı ulduz karyerasında 7-ci dəfə bu mükafata layiq görülüb. Levandovski isə səsvermədə ikinci olub.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər