Levandovski əl yelləmək üçün Türkiyə nəhəngindən milyonlar istədi

Levandovski əl yelləmək üçün Türkiyə nəhəngindən milyonlar istədi

Türkiyənin "Fənərbağça" klubunda keçirilən prezident seçkiləri ərəfəsində Robert Levandovskinin ağlasığmaz tələbi ilə bağlı maraqlı informasiya tirajlarıb.

Fanat.Az jurnalist Yağız Sabuncuoğluya istinadən xəbər verir ki, "Barselona"nın sabiq hücumçusunun meneceri keçmiş prezidentliyə namizəd Hakan Safinin komandasından böyük məbləğdə pul tələb edib.

Belə ki, polşalı ulduzun agenti onun seçki prosesinə fiziki olaraq qatılıb tribunaları salamlaması qarşılığında 5 milyon avro istəyib.

Seçki öncəsi səs toplamaq məqsədilə nəzərdə tutulan bu şok təklif "Fənərbağça" rəhbərliyi və namizədin qərargahı tərəfindən dərhal rədd edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər