Lev Yaşin mükafatına italiyalı sahib çıxdı

Lev Yaşin mükafatına italiyalı sahib çıxdı

"France Football" nəşrinin 2021-ci ilin ən yaxşı qapıçısı üçün təsis etdiyi Lev Yaşin mükafatının qalibi bəlli olub.

Fanat.Az xəbər verir ki, bu mükafata İtaliya millisinin və Fransanın PSJ klubunun qolkiperi Canluici Donnarumma sahib çıxıb.

O, mükafat uğrunda mübarizədə kosta-rikalı Keylor Navas (PSJ, Fransa), almaniyalı Manuel Noyer (“Bavariya”, Almaniya), braziliyalı Ederson (“Mançester Siti”, İngiltərə), sloveniyalı Yan Oblak (“Atletiko”, İspaniya), sloveniyalı Samir Handanoviç (“İnter”, İtaliya), danimarkalı Kasper Şmeyxel ("Lester", İngiltərə), belçikalı Tibo Kurtua ("Real Madrid", İspaniya), seneqallı Eduard Mendi ("Çelsi", İngiltərə) və agentinalı Emiliano Martinesi ("Aston Villa", İngiltərə) qabaqlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər