İngiltərənin "Lester Siti" klubu "Çelsi"nin transfer siyahısında olan müdafiəçisini - Uesli Fofananı London klubuna rekord məbləğə satmaq istəyir.
Fanat.Az "Foot Mercato"ya istinadən xəbər verir ki, "tülkülər" 21 yaşlı futbolçu ilə 95 milyon avrodan az məbləğə vidalaşmaq niyyətində deyil.
Daha öncə "zadəganlar"ın Uesli üçün göndərdiyi 75 və 82 milyonluq təklifləri geri çevirən "Lester"in futbolçusunu 95 milyona sata bilsə, bu, futbol tarixinin ən bahalı müdafiəçi satışı olacaq.
Qeyd edək ki, Fofananın "Lester Siti" ilə olan müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.
Nihat