"Qarabağ"ın futbolçusu Leroy Corc Avropa Liqasının pley-off mərhələsində "Tvente" ilə keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, holland futbolçu vətənində verdiyi açıqlamada qrup mərhələsinə yüksəlmək istədiklərini deyib:
"Komanda yoldaşlarımdan biri mənə zəng vurub, pley-off mərhələsində “Tvente” ilə qarşılaşacağımızı dedi. Əvvəlcə inanmadım. Doğma ölkəmin komandası ilə qarşılaşmaq maraqlı olacaq. Komandamız Çempionlar Liqasında qrupa yüksələ bilmədi. Biz Avroliqanın qrupunda oynamaq istəyirik. Bunun üçün pley-off qarşılaşmalarında qalib gəlməliyik. Əslində, şansımız az deyil. Güclü komandayıq və arxamızda bütün Azərbaycanın azarkeş ordusu var. Onların bizə olan etimadını doğrultmaq üçün qələbə qazanmaq istəyirik. “Tvente” güclüdü, amma favort deyil. “Zalsburq”la oyunlarda da rəqibi aşkar üstün sayanlar var idi. Onlara böyük hesabla məğlub olacağımızı söyləyənlər gördülər ki, biz evdə Avstriya komandasını məğlub etdik. Səfərdə də nəticə əldə edə bilərdik. Sadəcə, müəyyən səhvlərimiz oldu. İndi də “Tvente” kimi güclü komanda ilə oynayacağıq. Bakıda qələbə qazanmağa çalışacağıq".
Fanat.az