II Liqada ilk tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün daha 4 görü. baş tutub.
“Şəki Siti” evdə “Dinamo”ya, “Lerik” “Qusar”a, “Göygöl” də “Kürmük Qax”a qalib gəlib. “Şəmkir” - “Kür-Araz” matçında isə qonaqlar qələbə qazanıblar.
II Liqa 1-ci tur 5 sentyabr
“Şəki Siti” – “Dinamo” 2:1 Qollar: Ravil Yusifli, 65; 90+3-pen. - Valeh Seyidov, 34-pen. Şəki şəhər stadionu, 16:30.
“Lerik” – “Qusar” 3:1 Qollar: Kamran Abdullazadə, 36; 90+2. Zaur Nuruzadə, 53 - Sərxan Ağayev, 80-pen. Lənkəran OİK stadionu, 16:30.
“Şəmkir” – “Kür-Araz” 2:3 Qollar: Məhərrəm Bayramlı, 54. Elcan Rəhimov, 77 - Eltun Hüseynov, 33. Ramazan Abbasov, 47. Cavid İmamverdiyev, 82. Şəmkir OİK stadionu, 16:30.
“Göygöl” – “Kürmük Qax” 4:2 Qollar: Vüqar Əşrəfli, 33; 37; 60. Ziyabil Məmmədov, 89 - Səbuhi Əhmədov, 45-pen. Elcan Hafizli, 49. Göygöl OİK stadionu, 16:30.