Lənkəranlı azarkeşlər klub rəhbərliyinin istefasını tələb edəcək

Lənkəranlı azarkeşlər klub rəhbərliyinin istefasını tələb edəcək
Lənkəranlı fanatlar “Xəzər Lənkəran”ın Avropa Liqasındakı uğursuz çıxışından sonra klubda köklü islahatların aparılmasını istəyirlər. Azerisport.az xəbər verir ki, ötən gün Avroliqanın ikinci təsnifat mərhələsinin İsrail “Maccabi”si (Hayfa) ilə ev oyunundakı biabırçı məğlubiyyətdən (0:8, ilk oyun 0:2) sonra azarkeşlərin səbr kasası daşıb.
 
Bu üzdən onlar bu gün Lənkəran şəhər stadionunun qarşısına toplaşaraq, rəhbərliyi istefaya səsləməyi planlaşdırıblar. Cənublu fanatlar komandanın son dövrlərdəki uğursuz çıxışında əsas günahkarların rəhbərlikdəki səriştəsiz şəxslər olduğu qənaətindədilər.
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər