Lənkəranda yeni rekord - "Böyük oyun"

Lənkəranda yeni rekord - "Böyük oyun"

Premyer Liqada yeni rekord qeydə alınıb. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran" - "Neftçi" oyununu cari mövsümdə görünməmiş sayda azarkeş izləyib.

Belə ki, Peşəkar Futbol Liqasının təqdim etdiyi protokolda azarkeş sayı 11 min olaraq göstərilib. Bu isə cari mövsüm üçün ən yüksək həddi.

Mövsümün bundan əvvəlki rekordu da "Xəzər Lənkəran" - "Neftçi" oyununa məxsus idi. IV turda Lənkəranda baş tutmuş "Böyük oyun"u 10 min nəfər izləmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər