Lənkəranda antirekord qeydə alındı

Lənkəranda antirekord qeydə alındı
Lənkəran şəhər stadionu üçün mövsümün antirekordu qeydə alınıb. Fanat.az xəbər verir ki, "Fırtınalar meydanı"nda cari mövsüm ən az azarkeşin toplaşdığı oyun baş tutub.
Belə ki, "Xəzər Lənkəran" - "İnter" matçını cəmi 2000 nəfər izləyib. Bundan əvvəl ən aşağı rəqəm XVIII turun "Sumqayıt"la oyununda qeydə alınmışdı - 3000 nəfər.
Ümumilikdə cari mövsümdə Lənkəranda baş tutan 12 oyunu 73100 nəfər canlı izləyib (orta hesabla 6091). Bu Premyer Liqa oyunlarını izləyən azarkeş sayının təxminən 37 faizi deməkdi. Cari mövsümdə ən çox azarkeşin toplaşdığı 6 oyunu Lənkəranda baş tutub.

Lənkərandakı oyunlarda azarkeş sayı

Tur

Azarkeş

II

7000

IV

10000

VI

7100

VIII

6500

XI

4500

XIII

4000

XV

4500

XVII

4000

XVIII

3000

XX

11000

XXII

9500

XIV

200

Cəmi

73100

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər