Cənub Regional Futbol Federasiyasının, Lənkəran Gənclər və İdman İdarəsinin, Lənkəran UGİM-nin və "Zirvə" BİK-in təşkilatçiligi ilə Azərbaycan Demoratik Cumhuriyyətinin 98-ci ildönümünə həsr olunmuş yarış keçirilib.
Fanat.az xəbər verir ki, 8-9 yaşlı məktəblilərdən ibarət 20-dən yuxarı kənd və şəhər məktəbini təmsil edən komandalar püşkatmanın nəticələrinə uyğun olaraq 2 yarımqurupa bülünüb. Əsası 1990-cı ildə qoyulmuş və üç rəgli bayrağımızın dalğalandığı bu turnirin bu günə kimi davam etməsi və keçici kubokun bu il hansı məktəbə aparılması maraq doğurmaya bilməz.
Finalda Ləj və Urgə kənd məktəblərini komandaları qarşılaşıb. Gərgin keçən görüşdə 3:2 hesabı ilə qalib gələnn Urgə mətəbi kuboka ilk dəfə sahib çıxıb. Qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Fanat.az