Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) istintaq bölməsinin rəisi Polad Mehdiyevin APA-ya verdiyi məlumata görə, ötən gün “Xəzər-Lənkəran” - “Neftçi” oyunundan sonra baş verən insident zamanı Daxili Qoşunların müddətdən artıq hərbi qulluqçuları 1988-ci il təvəllüdlü Saleh Səttar oğlu Hüseynov, 1990-cı il təvəllüdlü Tural Səfər oğlu Əliyev, 1987-ci il təvəllüdlü Natiq İsmayıl oğlu İsmayılov, 1992-ci il təvəllüdlü Kamran Dadaş oğlu Quliyev, 1989-cu il təvəllüdlü Sənan Surxay oğlu Həsənov və polis baş leytenantı 1977-ci il təvəllüdlü Mircan Mirverdi oğlu Quliyev xəsarət alıblar.Baş verən insident zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən hərbi qulluqçular bu gün xəstəxanadan evə buraxılıb, polis baş leytenantı isə xəstəxanada müalicəsini davam etdirir.Qeyd edək ki, ötən gün Topaz Premyer Liqasının IV turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “Neftçi” matçında insident baş verib.Lənkəran ŞRPŞ-dən APA-ya verilən məlumata görə, insident oyun bitəndən sonra hər iki komandanın azarkeşləri arasında yaranıb.Polis əməkdaşları ilə Daxili Qoşunların əsgərlərinin müdaxiləsi nəticəsində vəziyyət stabilləşib. İnsident zamanı polis əməkdaşları və Daxili Qoşunların bir neçə əsgəri yüngül xəsarət alıb. Polisdən həmçinin bildirilib ki, insidentdə stadiona xeyli ziyan dəyib. Baş verən hadisə ilə bağlı bir neçə nəfər saxlanılıb. Fanat.az
Lənkəranda 5 hərbçi və 1 polis xəsarət alıb- RƏSMİ MƏLUMAT
TREND
Azərbaycan futbolu
10:26
16.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Oxşar xəbərlər
Redaksiyadan
19:50
10.10.2026
Azərbaycan cüdoçularına dan dərəcələri təqdim olundu
Redaksiyadan
18:43
10.10.2026
AAF rəhbərliyi Avropa federasiyasının prezidenti ilə görüşdü
Digər
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
Digər
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"