Lənkəranda 2 cavabsız qol

Lənkəranda 2 cavabsız qol
Əvəzedici heyətlər arasında ölkə birinciliyində VI turun oyunları keçirilib. Fanat.az хəbər verir ki, ilk oyun günündə 2 matç baş tutub.
"Qəbələ" səfərdə "Rəvan"a 3:1 hesabı ilə qalib gəlib. "Kəpəz" isə rəqib meydanında "İnter"dən üstün olub - 1:0.
İkinci oyun günündə də iki matç baş tutub. "Sumqayıt" evdə AZAL-ı 6:1 hesabı ilə yenib. "Neftçi" isə səfərdə "Qarabağ"a qalib gəlib - 3:2.
Turun son qarşılaşması bu gün keçirilib və "Xəzər Lənkəran" doğma meydanda "Zirə"yə 0:2 hesabı ilə uduzub.
Premyer Liqa
2015/16 mövsümü
I dövrə, VI tur
24 sentyabr
Rəvan - Qəbələ 1:3
Qollar: Cavad Kazımov, 88 - Emin Zamanov, 23-pen. Roman Hüseynov, 35. Bəhlul Mustafazadə, 51.
İnter - Kəpəz 0:1
Qol: Sahib Abbasov, 39.
25 sentyabr
Sumqayıt - AZAL 6:1
Qollar: Xəyal Nəcəfov, 8. Vüsal Nağıyev, 22; 45+2. Emil Həsənzadə, 44-pen. Fuad Məmmədzadə, 73. Şahin Əliyev, 82 - İlqar Babayev, 51.
Qarabağ - Neftçi 2:3
Qollar: Aqşin Namazov, 9. Bilal Abbaszadə, 50 - Aqşin Qurbanlı, 35; 79. Mirabdulla Abbasov, 46.
26 sentyabr
Xəzər Lənkəran - Zirə 0:2
Qollar: Tellur Mütəllimov, 69. Elgün Nəbiyev, 80.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Sumqayıt

6

5

1

0

22-5

16

2

Neftçi

6

4

1

1

17-7

13

3

Kəpəz

6

3

1

2

6-6

10

4

Zirə

6

3

1

1

6:9

10

5

Xəzər Lənkəran

6

3

0

3

11-16

9

6

Rəvan

6

3

0

3

10-11

9

7

İnter

6

2

0

4

11-15

6

8

Qarabağ

6

2

0

4

9-9

6

9

Qəbələ

6

2

0

4

8-10

6

10

AZAL

6

1

0

5

7-19

3

 

Bombardirlər

Aqşin Qurbanlı (Neftçi) - 6. Ramil Mansurov (İnter), Emil Həsənzadə (Sumqayıt) - 5. Kamal Dənziyev (Xəzər Lənkəran) - 4.

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər