Lənkəranda 1, Bayılda 4 qol - VİDEO

Lənkəranda 1, Bayılda 4 qol - VİDEO
Topaz Premyer Liqasında XXX tura yekun vurulub. Fanat.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.
"Neftçi" əzəli rəqibi "Xəzər Lənkəran"ın qonağı olub. "Böyük oyun"da 1 qol vurulub və "Neftçi" qələbə qazanıb - 1:0. Matçın yeganə qoluna Ruslan Qurbanov imza atıb. 
Günün ikinci oyununda isə "Zirə" "Rəvan"la qarşılaşıb. Debutant səfər oyununda darmadağına sevinib - 4:0. Tatonun hesabı açdığı oyunda Premyer Liqanın bombardiri Nelson Bonilla het-trik edərək mövqeyini möhkəmləndirib.
Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ" "Kəpəz"i 4:0, "İnter" AZAL-ı 1:0 hesabı ilə yenib, "Sumqayıt" - "Qəbələ" matçında qalib müəyyənləşməyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər