Lənkəran stadionunda bomba həyacanı

Lənkəran stadionunda bomba həyacanı
Azərbaycanda stadiona bomba qoyulması ilə bağlı polisə məlumat daxil olub. Fanat.az xəbər verir ki, dekabrın 5-də saat 17.57-də Lənkəran şəhərində yaşayan və özünü təqdim etməyən şəxs DİN-in 102 Zəng Mərkəzinə telefon açaraq "stadiona bomba qoyulub, partlayacaq" deyərək dəstəyi asıb.
Dərhal Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb. Araşdırmalarla yalan məlumatın Lənkəran şəhər sakini Alim Novruzov tərəfindən verilməsi müəyyən edilib.
APA
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər