Lənkəran stadionu su altında qaldı - FOTOLAR

Lənkəran stadionu su altında qaldı - FOTOLAR
Ötən gecədən başlayaraq, yağmağa başlayan aramsız yağışlar Lənkərançayda suyun səviyyəsinin qalxmasına səbəb olub. "Report" xəbər verir ki, çayın daşması nəticəsində yaxınlıqdakı "Xəzər Lənkəran" Mərkəzi Stadionu su altında qalıb. 
Sular stadionun qapılarından meydançaya daxil olub. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu "Report"a açıqlamasında faktiki mühasirədə qaldıqlarını bildirib: "Artıq suyun səviyyəsi 35 sm qalxıb. Sel stadionumuzun inzibati binası qarşısına çatıb və əsas meydançamıza doğru hərəkət edir".
Mətbuat katibinin sözlərinə görə, qarşısıalınmaz vəziyyətə çatan sular stadionun inzibati binasının zirzəmisinə daxil olub. O, hazırda bütün qüvvələrini kluba məxsus sənədləri binadan çıxarmağa yönəltdiklərini bildirib. 
Lənkəran stadionu su altında qaldı - FOTOLAR
Lənkəran stadionu su altında qaldı - FOTOLAR
Lənkəran stadionu su altında qaldı - FOTOLAR
Lənkəran stadionu su altında qaldı - FOTOLAR
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər