Lənkəran stadionunun qazonu su altında qalıb. Fanat.az xəbər verir ki, buna səbəb yağan aramsız yağışlar olub.
Stadion rəhbərliyi qazonu təmizləmək və hazır vəziyyətə gətirmək üçün yağışın kəsməsini gözləyir. Arena sentabrın 14-dək hazır olmasa, "Xəzər Lənkəran" - "Bakı" oyunu Lənkəran Olimpiya Kompleksinin stadionunda keçirilə bilər.
Fanat.az