Tural XudiyevAzərbaycan futbolu az faciə görməyib. Milli və klublarımızın passivində biabırcı məğlubiyyətlərin sayı kifayət qədərdir. Əsas komandanı Oserdə fransalılar, “Xəzri” və “Neftçi”ni polşalılar yaxşıca sillələmişdi 90-cı illərdə və s. Son illərin epizodik uğurları xoşagəlməz statistikanı az qala unutduracaqdı ki, mərdiməzar “Makkabi” buna imkan vermədi. Onların sırasına daha biri də əlavə olundu – Lənkəran faciəsi. Cənub təmsilcisi “qəhrəmanlığı” ilə bu məsələdə ilkə də imza atdı. Əvvəlki faciələr səfərdə yaşanmışdı…Malta səddini az qala sürünə-sürünə adlayan Con Toşakın komandası İsrail səfərində buraxdığı 2 topun əvəzini cıxmağa iddialı idi guya ki. Tanınmış, titullu, təcrübəli, nə bilim, daha nəli uelslinin futbolçu yığınından revanş gözləyən “Xəzər Lənkəran” fanatlarının dalağı hələ 3 gün əvvəl sancmışdı. Vacib oyun ərəfəsində “Fənərbaxça”yla qarşılaşmanın nəticəsini nəzərdə tuturam. Onsuz da həftədə bir oyuna güclə çıxan futbolçuları məsul oyun ərəfəsində yormaqla bu faciəyə rəvac verənlər indi azarkeşlər qarşısında cavab verməlidilər.“Makkabi” qarşısına sanki kor kimi çıxan futbolcuların gözünə fənər salanlar. 0:8!!!. Bu hesabı müxtəlif səbəblərlə, hətta təxribatla əlaqələndirənlər var. Yeri gəlmişkən, Toni Doblas, Adrian Pit, Eder Bonfim və Marin Orsuliçin heyətdən kənarlaşdırıldığı bildirilir. Siyahı yəqin, uzadılacaq da. Amma, nə xeyri var ki? Batan gəmini tərk eləyən çox olur. Günahkarlar da tapılacaq, səbəblər də, komandada vəziyyət də dəyişəcək. Dəyişməyən yalnız, Azərbaycan futbol tarixinə yazılan bu rüsvayçı nəticə olacaq. 0:8!!! 2 oyuna 10 qol yeyən Con Toşakın komandasının futbolumuza verdiyi töhfə…
Lənkəran müsibəti
TREND
Azərbaycan futbolu
10:48
15.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Oxşar xəbərlər
Redaksiyadan
19:50
10.10.2026
Azərbaycan cüdoçularına dan dərəcələri təqdim olundu
Redaksiyadan
18:43
10.10.2026
AAF rəhbərliyi Avropa federasiyasının prezidenti ilə görüşdü
Digər
22:53
04.10.2026
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
Digər
15:47
03.10.2026
Azərbaycan gimnastlarından 5 "qızıl", 1 "gümüş"