Xəbər verdiyimiz kimi Topaz Premyer Liqasında mövsümün yeni rekordu qeydə alınıb. Belə ki, XX turun “Xəzər Lənkəran” - “Neftçi” matçında qeydə alınan tamaşaçı sayı 2013/14 mövsümündə ən yüksək göstəricidi.
Belə ki, “Böyük oyun” adı ilə tanınan qarşılaşmanı 11000 tamaşaçı izləyib. Bu qarşılaşma 1-ci dövrənin Lənkəranda baş tutan “Böyük oyun”unu da arxada qoyub. Həmin matçı 10000 tamaşaçı izləmişdi.
Maraqlıdı ki, cari mövsüm çempionatda ən çox tamaşaçı toplayan 5 oyunun hamısı Lənkəranda keçirilib.
| tur | tarix | oyun | tamaşaçı sayı |
| 20 | 09.02.2014 | Xəzər Lənkəran - Neftçi | 11000 |
| 4 | 25.08.2013 | Xəzər Lənkəran - Neftçi | 10000 |
| 11 | 27.10.2013 | Xəzər Lənkəran - Qarabağ | 7500 |
| 6 | 14.09.2013 | Xəzər Lənkəran - Bakı | 7100 |
| 2 | 11.08.2013 | Xəzər Lənkəran - Simurq | 7000 |
Fanat.az