Frenk Lempard: "İtaliya bizə dərs verdi"

Frenk Lempard: "İtaliya bizə dərs verdi"
İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Frenk Lampard AVRO-2020-nin finalında yığma komandanın İtaliyaya məğlubiyyətini şərh edib. 
 
Fanat.Az xəbər verir ki, BBC-yə danışan veteran futbolçu bunları söyləyib: 
"Meydanın onlara aid hissəsində Harri Keynə top vermək üçün epizodlardan lazımınca istifadə edə bilmirdik. Lazım olan anlarda topa yiyələnməklə bağlı problemlər vardı. Biz futbolçulardan çox şey tələb edirik. Futbolçularımızdan bəziləri bu axşam əla oyun keçirdi. Məsələn, Harri Maquayr. Ancaq İtaliya topu itirərkən dərhal ona nəzarəti bərpa edirdi. Bu dərslərdən nəticə çıxarmalıyıq. Uşaqları dəstəkləməliyik. Həqiqətən çətin bir oyun idi. İlk 20 dəqiqədən sonra lazımi qədər iş görmədik."
 
Qeyd edək ki, ötən gün Londonun "Uembli" stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan italyanlar (3:2) tarixində ikinci dəfə Avropa çempionu adını qazanıb. 
 
Emin Şəmsiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər