"Legiya"nın baş məşqçisi Mahirdən danışdı: "Ulduz olmaq potensialı var"

"Legiya"nın baş məşqçisi Mahirdən danışdı: "Ulduz olmaq potensialı var"
Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubunun baş məşqçisi Çeslav Mixneviç yerli mətbuata müsahibə verib.
Fanat.Az xəbər verir ki, 51 yaşlı mütəxəssis yeni transfer Mahir Emreli ilə bağlı da danışıb. Mütəxəssis "Mahir Emrelinin liqanın ulduzu olmaq potensialı varmı" sualını belə cavablandırıb: 
"Legiya"nın baş məşqçisi Mahirdən danışdı: "Ulduz olmaq potensialı var"
"Kaş ki, olsun. Bunun üçün potensialı var. Amma bu liqaya çox sayda potensiallı oyunçu gəlsə də, heç də hamısı uğurlu ola bilməyib. Onun yaxşı oynaması və bizə kömək etməsi üçün hər şeyi edəcəyik. Emreli oyuna qoşulmağı sevən futbolçudu. Meydanda çox qaçır. O, öz komandasının qapısı qarşısından rəqibin cərimə meydançasınadək qaçır, daha sonra geri qayıdır. Liqanın ulduzu olmasını istərdim. Amma heç nəyi əvvəlcədən deyə bilmərəm".
Qeyd edək ki, "Legiya" "Qarabağ"dan ayrılan Emreli ilə 3 illik müqavilə bağlayıb. Futbolçu Polşa klubunda meydana çıxdığı 2 yoxlama oyununda 4 qol vurub.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər