"Legiya" azarkeşlərini Mahir Emreliylə səsləyir - FOTO

"Legiya" azarkeşlərini Mahir Emreliylə səsləyir - FOTO
Millimizin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Polşanın "Legiya" klubu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçirəcəkləri ev oyununun biletlərini satışa çıxarıb.
Fanat.Az xəbər verir ki, Varşava təmsilçisi Estoniyanın "Flora" klubuna qarşı keçirəcəkləri matça baxmaq istəyənlərə sosial şəbəkə hesablarında da müraciət edib.
Oyunun anonsu komandanın azərbaycanlı hücumçusunun fotosu fonunda verilib.
 
"Legiya" azarkeşlərini Mahir Emreliylə səsləyir - FOTO
 
Qeyd edək ki, Emreli ÇL-in birinci təsnifat mərhələsindəki rəqiblərinin - Norveç "Budyo Qlimt"inin qapısından səfərdə 2 top keçiribsə (3:2), Varşavada 2:0 hesabıyla qalib gələn komandasının birinci qolunun ötürməsini verib.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər