"Le Parisien": Qaltye PSJ-dən yalnız bu halda qovulacaq

"Le Parisien": Qaltye PSJ-dən yalnız bu halda qovulacaq

Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandıran PSJ-nin baş məşqçisi Kristof Qaltyenin hansı halda istefaya göndəriləcəyi açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Le Parisien" yayıb.

Xəbərə görə, ÇL-lə vidalaşan parislilərin rəhbərliyi yalnız komanda Liqa 1-in qalibi olmayacağı təqdirdə, Qaltyeni postundan uzaqlaşdıracaq və paralel olaraq idman direktoru Luiş Kampuşla da yolları ayıracaq.

Qeyd edək ki, 63 xalı olan PSJ Fransa çempionatının turnir cədvəlində lider mövqeyindədir. İkinci pillədəki "Olimpik Marsel" parislilərdən 8 xal geri qalır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər