“Valensiya”nın yetirməsi İspaniyadakı daşqınların qurbanı oldu

“Valensiya”nın yetirməsi İspaniyadakı daşqınların qurbanı oldu

İspaniyada çoxsaylı insan itkisinə səbəb olan daşqınlar "Valensiya"nın sabiq futbolçunun da həyatına son qoyub.

Fanat.Az xəbər verir ki, Xose Kastilyexo təbii fəlakətin qurbanı olub. 

Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

28 yaşında vəfat edən yarımmüdafiəçinin son klubu 2020-ci ildə ayrıldığı “Vilamarxant” olub. Kastilyexo “Valensiya”nın aşağı yaş qruplarından ibarət komandalarında çıxış edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər