Sentyabrın 29-dan oktyabrın 1-dək Gənclər və İdman Nazirliyi və Azərbaycan Su İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə “Mingəçevir Reqatası-2026” beynəlxalq turniri keçiriləcək. Fanat.Az xəbər verir ki, ənənəvi reqatanın ilk günü ikinci dəfə Füzulidə – Köndələn su anbarında baş tutacaq. Sentyabrın 29-da Füzulidə yarışların rəsmi açılış mərasimi keçiriləcək, kayak və kanoe üzrə 200 metr məsafəyə yürüşlər təşkil olunacaq. Həmçinin Füzuli sakinləri, xüsusilə uşaqlar və yeniyetmələr üçün müxtəlif şoular və əyləncəli viktorinalar keçiriləcək, həvəskar kayak qayıqlarında avarçəkmək imkanı yaradılacaq. Növbəti iki gün reqata Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada bütün növlər üzrə yarışlar keçiriləcək və qaliblər müəyyənləşəcək. “Mingəçevir Reqatası-2026”da 12 ölkədən – Azərbaycan, Çexiya Respublikası, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox idmançı mübarizə aparacaq.
“Mingəçevir reqatası-2026”: 12 ölkədən 100-dən çox idmançı - VİDEO
TREND
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
01:20
09.10.2026
"Rakuv" Abdullanı istədi, Puxaç "yox" dedi
Oxşar xəbərlər
Futbol
19:02
12.10.2026
“Uğurlu nəticə qazanıb xalqımızı sevindirməyə çalışacağıq” - Rəhman Daşdəmirov
Futbol
18:36
12.10.2026
“Onlar yorulmurlar, hər zaman pressinqə üstünlük verirlər” - Valdas Dambrauskas
Azərbaycan futbolu
18:07
12.10.2026
"Karvan"a qarşı mübarizəyə komanda şəklində hazırıq" - "Gəncəbasar"ın vingeri
Azərbaycan futbolu
17:35
12.10.2026
"Ümid edirəm ki, "Sabah" ÇL-dəki ilk ev oyununda ilk uğurlu nəticəsinə imza atacaq" - Samir Əliyev