“İlk dəfədir özümü azad hiss edirəm” - Almaniyalı ulduz

“İlk dəfədir özümü azad hiss edirəm” - Almaniyalı ulduz

"Los Anceles Qalaksi"də çıxış edən almaniyalı yarımmüdafiəçi Marko Roys Şimali Amerikadakı həyatından danışıb. 

Fanat.Az xəbər verir ki, "Derbyderbyderby" ABŞ-dəki həyatın vətəni Almaniyadan çox fərqləndiyini deyən 35 yaşlı oyunçunun fikirlərini belə təqdim edib: 

"ABŞ-də çox şey qeyri-realdır. Mən hələ də bəzi şeylərə öyrəşməmişəm. Birləşmiş ştatlara köçməyimi bilən bir çox məşhur şəxsiyyətlərin dəstəyi məni çox sevindirdi. Yeni bir şey sınamaq istədim. Həyatımda ilk dəfə özümü bu qədər azad hiss edirəm”.

Roys indiyədək yalnız Dortmund "Borussiya"sında çıxış edib və ötən yay MLS-ə yollanıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər