“Bursaspor” 2 top fərqi ilə geriyə düşdü, Toral isə...

“Bursaspor” 2 top fərqi ilə geriyə düşdü, Toral isə...

"Bursaspor" yeni mövsüm hazırlıqları çərçivəsində növbəti yoxlama matçına çıxıb.

Fanat.Az xəbər verir ki, "yaşıl-ağlar" yoldaşlıq qarşılaşmasında "Pendikspor"la üz-üzə gəlib.

Oyunun gedişində 2:0 hesabı ilə geriyə düşən "Bursaspor" xarakter nümayiş etdirərək hesabı bərabərləşdirməyi (2:2) bacarıb. Komandanın qollarını Linkoln və Emir Kaan Gültəkin vurublar.

Azərbaycan millisinin üzvü Toral Bayramov da bu gərgin sınaqda meydanda olub.

Futbolçumuz start heyətində şans qazanıb. 

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər