"İnter"in hücumçusu Lautaro Martines mövsümlərarası fasilədə iş yerini dəyişmək niyyətindədi.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Martines "Barselona"ya keçmək qərarına gəlib. "Mançester Yunayted", "Çelsi" və PSJ kimi klubların marağına baxmayaraq, o, "blauqrana"nın formasını geymək istəyir.
Yeganə problem "Barselona" və "İnter"in keçidin maliyyə şərtlərini razılaşdıra bilməməsidi. Katalon klubu Martinesin təzminat məbləğini - 111 milyon avro - tam ödəmək gücündə deyil. "Barsa" rəhbərliyi ödənişin tranşlar şəklində olmasına razıdı.
Həmçinin, "Barselona" argentinalı futbolçu qarşılığında Arturo Vidal və Xunior Firponu da Milan təmsilçisinə göndərməyə hazırdı.
Martines artıq "İnter"lə müqavilə yeniləməkdən imtina edib.
Fanat.Az