Latviyanı "loteriya"da udduq (PROTOKOL)

Latviyanı "loteriya"da udduq (PROTOKOL)
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI turnirdə 1996-cı il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, millimiz Latviya ilə qarşılaşıb.
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Belədə qalib penalti seriyasında müəyyənləşib. 11 metrlik zərbələrdə daha dəqiq olan futbolçularımız qələbəyə sevinib - 3:0. Beləliklə, Nikolay Adamın başçılıq etdiyi yığmamız 13-cü yer uğrunda mübarizə aparmaq imkanı qazanıb.
Qeyd edək ki, komandamız qrup mərhələsinin ilk matçında Yunanıstanla sülh bağlasa da (1:1), sonradan Çexiya (0:2) və Yaponiyaya (1:4) məğlub olmuşdu.
Azərbaycan - Latviya 1:1 (3:0 - pen.)
Qollar: Bəhlul Mustafazadə, 76 - Andris Kruşatins, 16.
Azərbaycan: 1. Tolqa Şahin (12. Ağaseyid Qasımov, 88), 4. Əfsər Məmmədov, 7. Mahir Mədətov (14. Şahban Cəbrayılov, 46), 8. Mirkamil Həşimli (k), 9. Fəhmin Muradbəyli, 10. Mansur Nəhavəndi (2. İlyas Səfərzadə, 31), 16. Emin Zamanov (19. Kama Benhur, 63), 17. Elnur Cəfərov, 18. Təyyar Məmmədov, 24. Yusif Nəbiyev, 27. Bəhlul Mustafazadə.
Ehtiyat oyunçular: 5. Renat Ağaverdiyev, 11. Ülvi İbazadə, 20. Cem Fələk.
Baş məşqçi: Nikolay Adam.
Latviya: 1. Vladislav Kurakins, 2. Yanis Yekabsons, 4. Denis Bezuşçonoks (k), 6. Sergeys Vasilyevs (18. Arturs Kupçs, 56), 7. Andris Kruşatins, 9. Rayvis Yurkovskis, 13. Viktors Baykovs (15. Klavs Balinış, 60), 16. Nikita Ryabokons (3. Nikita Kolesovs, 67), 17. Anastasiys Mordatenko (11. Vitaliys Dubrovskis, 77), 19. Entoniys Çernomordiys, 20. Vladimirs Jmilevskis (10. Arturs Strazdinış, 65).
Ehtiyat oyunçular: 12. Qlebs Sopots, 14. Ruslans Keirans.
Baş məşqçi: Vladimirs Babiçevs.
Qolla nəticələnən penaltilər: Ağaseyid Qasımov, Fəhmin Muradbəyli, Mirkamil Həşimli.
Qolla nəticələnməyən penaltilər: Deniss Bezuşçonoks, Nikita Kolesovs, Yanis Yekabsons (hər üçü - qapıçı).
Sarı vərəqələr: Fəhmin Muradbəyli, 41 - Yanis Yekabsons, 33. Rayvis Yurkovskis, 71. Arturs Kupçs, 84.
Hakimlər: Vladimir Lapkin, İlya İvanov, Pavel Yakovlev, Artur Fyodorov (Rusiya).
Hakim-inspektor: Rudolf İsakov (Rusiya).
Sankt-Peterburq. Peterburqski İdman-Konsert Kompleksi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər