Latviyalı mütəxəssis millimizlə oyundan danışdı

Latviyalı mütəxəssis millimizlə oyundan danışdı

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə Azərbaycan və Latviyanın U-19 yığmaları arasında oyundan sonra rəqibin baş məşqçisi Vladimirs Babiçevs bildirib:

"Bu komandada qısa müddətdi ki, çalışıram. Yəqin ki, müşahidə etdiniz, bu gün oyunun gedişində futbolçulara, demək olar ki, heç nə demirdim. Bununla, əslində, adətimə xilaf çıxdım. Çünki adətən oyun boyu lazımi göstərişlıər verirəm. Bu günkü susqunluğumun məqsədi komandanın kənar müdaxilə olmadan müxtəlif vəziyyətlərdə necə davranmasını müşahidə etmək idi. Heyətdə əsl liderlərin olub-olmamasını müəyyənləşdirmək istəyirdim. Oyundan əvvəl də, fasilədə də futbolçulara demişdim ki, qələbə uğrunda son ana qədər mübarizə aparmaq lazımdı. Çünki heç bir rəqib qələbəni hədiyyə etmir. Hesabın bərabərləşməsi oyunda dönüş nöqtəsi oldu. Bundan sonra hadisələr əleyhimizə cərəyan etdi və penalti seriyasında məğlub olmağımız bunun məntiqi nəticəsidi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər