“Latsio"nun iki günlük baş məşqçisi

“Latsio"nun iki günlük baş məşqçisi

İki gün əvvəl “Latsio”nun baş məşqçisi təyin edilən Marselo Byelsa gözlənilmədən vəzifəsindən gedib.

Qol.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Roma klubunun yaydığı açıqlamada argeninalı mütəxəssisin bu addımının “Latsio” ilə bağlanan müqaviləyə hörmətsizlik olduğunu qeyd edilib.

Komandanı yenidən Simone İnzaqinin çalışdıracağı bildirilib.

Qeyd edək ki, Marselo Byelsa işlədiyi klublarda rəhbərliklə yola getməməsi ilə seçilən məşqçilərdəndir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər