"Latsio"nun prezidentinə ağır cəza - SƏBƏB

"Latsio"nun prezidentinə ağır cəza - SƏBƏB
İtaliyanın "Latsio" klubunun prezidenti Klaudio Lotito 7 ay müddətinə cəzalandırılıb.
Fanat.Az xəbər verir ki, buna koronavirus protokolunun pozulması səbəb olub.
Eyni zamanda komandanın həkimləri Fabio Rodia və İvo Pulçini işlərindən 1 ilədək uzaqlaşdırılıb. Klub isə 150 000 avro cərimələnib.
Araşdırmalar zamanı Lotito və tibbi briqadanın qayda pozuntularına yol vermələri müəyyənləşib. Klub koronavirus testlərinin müsbət nəticələrini gizlədib və xəstələnmiş oyunçuları təcrid etmək əvəzinə ümumi qrupda məşqlərə buraxıb.
"Latsio" qərardan şikayət edəcəyini açıqlayıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər