"Latsio" Sarri ilə bağlı qərarını açıqlqdı - İldə nə qədər qazanacaq?

"Latsio" Sarri ilə bağlı qərarını açıqlqdı - İldə nə qədər qazanacaq?

“Latsio” klubu baş məşqçisi Mauritsio Sarri ilə bağlı qərarını açıqlayıb.

Fanat.Az Roma təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli mütəxəssislə müqavilənin müddətini uzadılıb.

63 yaşlı mütəxəssis 2025-ci ilədək "Latsio"nun uğurları üçün çalışacaq. "Corriere dello Sport"un məlumatına görə, Sarri ildə 3,5 milyon avro maaş alacaq.

Mauritsio Sarri “Latsio”ya 2021-ci ilin iyunundan rəhbərlik edir. Komanda onun rəhbərliyi altında A Seriyasında geridə qalan mövsümü 64 xalla 5-ci pillədə başa vurub. Komanda qarşıdakı mövsümdə Avropa Liqasında mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər