"Latsio" rəhbərliyi "Real"ın forvardı Borxa Mayoralı heyətinə qatmaq üzrədi.
Fanat.Az "Marca"ya (Marka) istinadən xəbər verir ki, tərəflərin uzun müddət davam etdirdiyi danışıqlar müsbət nəticələnib. Transfer Roma təmsilçisinə 20 milyon avroya başa gələcək.
23 yaşlı Mayoral 2019/20 mövsümünü icarə əsasında "Levante"də keçirib. Ölkə çempionatında 34 İspaniya Kubokunda 2 matç keçirən forvard 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az