"Latsio" fanatları sevimli klublarının ispan qapıçı Pepe Reyna ilə müqavilə bağlamasını faşistsayağı qarşılayıblar.
Fanat.Az xəbər verir ki, Roma komandasının ev oyunlarını keçirdiyi stadionun yaxınlığında olan körpüdən üzərinə "Saluti romani camerata Reina" (Romasayağı salam, yoldaş Reina) yazılmış banner asıblar.
İş ondadır ki, italyan dilində yoldaş anlamına gələn "compagno"nun əvəzinə "camerata" sözünü məhz faşistlər işlədir.
"Football Italia" isə bu barədə hazırladığı xəbərdə "Liverpul", "napoli" və "Milan" kimi klubların da şərəfini qorumuş qolkiperin ölkəsində faşizmə çox yaxın olan "Vox" (Səs) partiyasının dəstəkçilərindən olduğunu vurğulayıb.
Fanat.Az