“Las Palmas” “Real”ın sabiq üzvü ilə gücləndi

“Las Palmas” “Real”ın sabiq üzvü ilə gücləndi

La Liqanın yeni iştirakçısı “Las Palmas” heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, sözügedən klub “Eybar”ın yarımmüdafiəçisi Xavyer Munyosu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Eybar”dan azad agent kimi ayrılan 28 yaşlı ispan futbolçu ilə 2 illik müqavilə imzalanıb.

“Real”ın yetirməsi olan Munyos Madrid klubunun əsas komandasında cəmi 1 oyun keçirib. O, “Lorka”, “Alavaes”, “Real Ovyedo”, “Tenerife”, “Mirandes” kimi klubların da uğurları üçün çalışıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər