Larissa Rikelme: "Sürprizlərim olacaq"

Larissa Rikelme: "Sürprizlərim olacaq"
2010-cu ildə CAR-da keçirilən dünya çempionatına damğa vuran paraqvaylı model Larissa Rikelme bu ilki mundialla bağlı açıqlama verib. Fanat.az xəbər verir ki, Paraqvay yığmasının çılğın fanatı Braziliyada təşkil olunacaq mundial zamanı yenə tribunada olacağını bildirib.
Dünya çempionatına ciddi şəkildə hazırlaşdığını bildirən Larissa sürpriz vəd edib: "Bu şəkildə tanındığım üçün çox xoşbəxtəm. Bu ilki çempionatda da pərəstişkarlarıma sürprizlər etməyə hazırlaşıram. Ancaq sürprizlərin nə olacağını indi açılamaq istəmirəm. 2010-da Paraqvay finala çıxmadığı üçün çox üzülmüşdüm. Ümid edirəm ki, bu dəfə hər şey fərqli olacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər